• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fitrə zəkatının miqdarı müəyyən edildi

CƏMİYYƏT

19 Aprel 2023 | 11:29

Fitrə zəkatının miqdarı müəyyən edildi

Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Qazılar Şurasının Fətvasında bildirilib.

Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır:

“Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır”.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan (Fitr) bayramı aprelin 21-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026