• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Fransa belə qərarlarla Azərbaycanı itirir - Vitse-spiker

SİYASƏT

02 Dekabr 2022 | 11:37 | Müəllif: Qalib İbrahimoğlu

Fransa belə qərarlarla Azərbaycanı itirir - Vitse-spiker

“Fransa 30 illik işğal dönəmində buna seyrci qaldı, Xocalı soyqırımını görməzlikdən gəldi. İndi də tutub ki, Azərbaycan Ermənistan ərazilərini işğal edib”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Adil Əliyev səsləndirib.

Vitse-spiker qeyd edib ki, Fransa 30 il müddətində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməni yerinə yetirilməsi üçün cəhdlər etmədi, Azərbaycan həmin qətnamələri öz gücünə yerinə yetirdikdən sonra isə əl-ayağa düşdü: "İndi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycana qarşı çıxmağın bir adı ola bilər: riyakarlıq".

A.Aəliyevin sözlərinə görə, Fransa parlamenti və prezidenti Emmanuel Makron əleyhimizə qətnamələr qəbul etməklə Azərbaycanı itirirlər. Deputat bildirib ki, Fransanın bu cür davam etməklə, regionda böyük layihələrdə iştirak etmək imkanı yoxdur.

"Fransa prezidenti ayrılıqda Özbəkistan və Qazaxıstan prezidentlərini qəbul edib, enerjinin Avropaya daşınmasını istədi. Yaxşı, bəs, Rusiyadan kənar keçməklə Orta Asiyadan neft və qazın daşınması Azərbaycan olmadan necə reallaşdırıla bilər? Fransanı yandıran odur ki, ATƏT-in keçmiş Minsk qrupunun iki həmsədri - ABŞ və Rusiya danışıqlarda vasitəçi kimi çıxış etsələr də, rəsmi Paris bundan kənarda qalıb”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026