• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Fransada mənzildə partlayış: 3 nəfər öldü

DÜNYA

08 Aprel 2024 | 08:27 | Müəllif: Qalib İbrahimoğlu

Fransada mənzildə partlayış: 3 nəfər öldü

Fransanda yaşayış binasında partlayış olub.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə paytaxt Parisdə qeydə alınıb.

Belə ki, yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.

Məlumata görə, partlayış nəticəsində mənzildə baş verən yanğından xilas olmağa çalışan və təşviş içində yerə tullanan şəxs dünyasını dəyişib.

Hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb, partlayış baş verən mənzildə 2 cəsəd tapılıb.

Təxliyə edilən bina sakinləri 2 saatdan sonra evlərinə qayıdıblar.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026