Ermənistan və Türkiyənin münasibətlərin normallaşması prosesinə başlamaq üçün xüsusi nümayəndələr təyin etməsini alqışlayırıq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Biz Türkiyə və Ermənistan hakimiyyətinin iki ölkə arasında münasibətlərin normallaşdırılmasına cavabdeh olan xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı bəyanatlarını alqışlayırıq. Bu prosesi Fransa tam dəstəkləyəcək. Bu proses Cənubi Qafqaz regionunda daha çox sabitliyə və inkişafa töhfə verməlidir”, - Fransa XİN-in bəyanatında vurğulanıb.
Qeyd edək ki, Türkiyə ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıçı, Ermənistan isə parlamentin vitse-spikeri Ruben Rubinyanı iki ölkə arasında dialoq prosesi üzrə xüsusi nümayəndə təyin edib.
















