• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gədəbəydə dağılan tarixi abidə belə bərpa olunur - VİDEO

CƏMİYYƏT

27 Aprel 2021 | 19:41

Gədəbəydə dağılan tarixi abidə belə bərpa olunur - VİDEO

Gədəbəydə dağılan tarixi abidələr bərpa olunur.

Bakıvaxtı.az xəbər verir ki, XIX  əsrin  II  yarısında Simens  qardaşları şirkəti  tərəfindən inşa edilən körpü sel suları yuduğu üçün yararsız vəziyyətə düşüb. Rayonunun tanınmış ziyalılarından olan Elmar Musayevin təşəbbüsü ilə sakinlər körpünü bərpa etmək qərarına gəliblər.

Qeyd edək ki, XIX əsrin II yarısında Simens qardaşları şirkəti tərəfindən Gədəbəydə çəkilən dəmir yol xətti üzərində inşa edilmiş körpülərdən üçü də Əlinağılar kəndindədir. Onlardan biri - Şəmkir çayı üzərində olub və hal-hazırda tamam dağılıb. İkinci artıq torpaq qatı altında qalıb. Üçüncü körpü isə bu körpüdür. Bu körpü Arısu çayı üzərində inşa olunub və son 10 ildə istifadəyə yararsız vəziyyətdə idi! Getdikcə bu tarixi abidə də məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

Ətraflı video-materalda:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026