• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gəncədə tarixi abidələrin olduğu ərazidə tikinti işləri aparılır - Deputat

CƏMİYYƏT

07 Iyul 2023 | 11:27 | Müəllif: Qalib İbrahimoğlu

Gəncədə tarixi abidələrin olduğu ərazidə tikinti işləri aparılır - Deputat

“Gəncə şəhərində Heydər Əliyev Park Kompleksinin yaxınlığında tunc dövrünə aid tarixi abidələrin olduğu ərazidə tikinti işləri aparılır”.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclis deputatı Naqif Həmzəyev “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, şəhərin baş planı yoxdursa, tikinti işləri müvəqqəti olaraq dayandırılmalıdır.

“Zəlzələ baş verəndə əhali təşviş içində olur. Çünki onlar mənzillərin keyfiyyətinə əmin deyillər. Tikinti sektorunda keyfiyyətin artırılması üçün nəzarət gücləndirilməlidir”,- deyə deputat bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR