• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Goranboyda maşın motosikletlə toqquşub - xəsarət alan var

CƏMİYYƏT

09 Iyul 2021 | 19:43

Goranboyda maşın motosikletlə toqquşub - xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil motosikletlə toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Zahid Yüzbaşıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR