• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Günəşdə güclü partlayış

DÜNYA

21 Iyun 2026 | 15:49 | Müəllif: Subhan Mahmudov

Günəşdə güclü partlayış

Günəşdə “M2.6” sinfinə aid güclü partlayış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Alimlərin hesabatına görə, təbiət hadisəsi bu gün səhər saatlarında, Bakı vaxtı ilə saat 06:46-da qeydə alınıb.

Laboratoriyadan verilən son məlumata görə, hazırda Günəşdə aktiv partlayış prosesi müşahidə olunmur.

Qeyd edək ki, “M” sinfinə aid partlayışlar güclü hesab olunur və Yer kürəsində müəyyən dərəcədə geomaqnit qasırğalarına, eləcə də rabitə sistemlərində qısamüddətli fasilələrə səbəb ola bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026