• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Havanı çirkləndirən zavod rəhbəri cəzalandırıldı

CƏMİYYƏT

23 Noyabr 2021 | 15:12 | Müəllif: Subhan Mahmudov

Havanı çirkləndirən zavod rəhbəri cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisindəki “Fərid” MMC-yə məxsus asfalt zavoddan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olmasına baxmayaraq, ona texniki xidmət göstərilmədiyi və filtrlərin vaxtaşırı təmizlənmədiyi məlum olub.

“Faktla bağlı zavodun icraçı direktoru Fuad Cəfərov barəsində akt, protokol tərtib edilib və o, 3500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR