• Bakı 26° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

 He Lifenq: Pekin xarici ticarət təzyiqinə boyun əyməyəcək

İQTİSADİYYAT

17 Iyun 2026 | 12:33

 He Lifenq: Pekin xarici ticarət təzyiqinə boyun əyməyəcək

Çin ticarət və maliyyə sahəsində xarici təzyiq qarşısında milli maraqlarını və suverenliyini qətiyyətlə müdafiə edəcək. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Baş nazirin müavini He Lifenq Lujiazui deyib.

Onun sözlərinə görə, məhdudiyyətlərlə qarşılaşan Çin heç vaxt güzəştə getməyəcək və ya geri çəkilməyəcək:

"Qlobal iqtisadiyyat ciddi çətinliklərlə üzləşir və qlobal maliyyə bazarları daim təsirlərə və şoklara məruz qalır. Biz milli suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qanuna uyğun olaraq qətiyyətlə qoruyacağıq".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026