• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

HƏMAS-ın girov götürdüyü israillilərin sayı ARTDI

DÜNYA

02 Noyabr 2023 | 13:18

HƏMAS-ın girov götürdüyü israillilərin sayı ARTDI

HƏMAS-ın oktyabrın 7-də İsrailə gözlənilməz hücumu zamanı girov götürdüyü israillilərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari bildirib.

Onun sözlərinə görə, hərbçilər 242 girovun ailəsinə onların yaxınlarının hazırda Qəzza zolağında saxlandığı barədə məlumat verib.

Hagari bildirib ki, ordu yeni məlumatları araşdırdığından bu rəqəm yekun deyil.

Qeyd edək ki, bura azad edilmiş dörd girov ( ana və qızı Judith və Natali Ra'anan, yaşlı qadınlar Yocheved Lifshitz və Nurit Cooper - həmçinin IDF tərəfindən xilas edilən Ori Megidiş) daxil edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR