Türkiyədə hər dörd nəfərdən biri artıq çəkidən əziyyət çəkir.
Bakıvaxtı.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu deyib.
O, həmçinin qeyd edib ki, Türkiyədə əhalinin 1/3-dən çoxu tütün məhsullarından istifadə edir: “Uşaqlarımızın bir çoxu kompüter, telefon və internetdən asılı vəziyyətə düşüb”.
Nazir insanları idmanla məşğul olmağa çağırıb: “İdman vacibdir. Hər gün idmanla məşğul olmalıyıq”.