• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Hər il 3 min müəllim vakansiyası boş qalır - MÜTDA əməkdaşından açıqlama

CƏMİYYƏT

05 Avqust 2024 | 15:21 | Müəllif: Əli Hüseynov

Hər il 3 min müəllim vakansiyası boş qalır - MÜTDA əməkdaşından açıqlama

“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində hər il 3 minə qədər yer seçilmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Muxtar Hacıyev deyib.

    O bildirib ki, hər il seçim üçün 10 min vakansiya təqdim olunur:

    “İl boyunca 17- 18 minə qədər vakansiya da təqdim olunur. 3 minə qədər vakansiyanın seçilməməsinin səbəbi isə adətən məktəblərin mərkəzlərə uzaq yerlərdə yerləşməsi ilə əlqələndirilir. Lakin bu məktəblərdə də ixtisas üzrə müəllimlərin təmin edilməsi üçün biz o, vakansiyaları təkrarən seçimə təqdim etməliyik”.

    “Vakansiyaların gizlədilməsi halı ilə bağlı konkret olaraq deyə bilmərik ki, bu kimi faktlar var. Biz bununla bağlı bütün müraciətləri nəzərə alır və araşdırırıq. Vətəndaşlardan da xahiş edirik ki, hansısa məktəbdə vakansiyanın gizlədilməsi halı varsa, bununla bağlı bizə məlumat versinlər”- deyə, o əlavə edib. /Apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR