• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

“Hyundai” "Shacman”a çırpıldı: xəsarət alanlar var

HADİSƏ

14 Aprel 2022 | 01:35 | Müəllif: Qalib İbrahimoğlu

“Hyundai” "Shacman”a çırpıldı: xəsarət alanlar var

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb. Belə ki, “Shacman” markalı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsi nasaz olduğu üçün təhlüləsizlik qaydalarına əməl edərək yol kənarında dayanıb.

Bu zaman “Hyundai” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib. Nəticədə minik maşını yük avtomobilinə çırpılıb.

Qəza zamanı minik avtomobilinin sürücüsü və sərnişini ağır bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı Bakı-Sumqayıt şossesində tıxac yaranıb.

Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026