• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

İlham Əliyev: Şanlı Zəfərimizdən sonra arxayınlaşmamalıyıq

SİYASƏT

05 Yanvar 2026 | 22:36

İlham Əliyev: Şanlı Zəfərimizdən sonra arxayınlaşmamalıyıq

Bu beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq və necə deyərlər, qazandığımız uğurlardan arxayınlaşmamışıq.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, şanlı Zəfərimizdən sonra arxayınlaşmamalıyıq: "Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm".


SON XƏBƏRLƏR

06 Yanvar 2026