Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs göstərdiyi və Yeni il ərəfəsində elan olunması gözlənilən Amnistiya aktı əhatə dairəsinə görə ən böyüyüdür.
Bakıvaxtı.az Axar.az-a istinadən xəbər verir ki, hazırkı amnistiya 20 min nəfərə şamil olunacaq ki, bu da İlham Əliyevin 22 illik hakimiyyəti dövründə ən böyük amnistiya aktı olaraq tarixə düşəcək.
Bundan öncəki amnistiya aktlarını təqdim edirik:
1. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslə 2007-ci il mayın 8-də Milli Məclis Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya aktını qəbul edib; 9 min nəfərə şamil edilib.
2. Milli Məclis 2009-cu il martın 17-də Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar amnistiya aktını qəbul edib. Akt 9 min məhbusa tətbiq olunub, 1700 məhbus azadlığa buraxılıb.
3. Mehriban Əliyevanın təşəbbüsü ilə milli həmrəyliyin gücləndirilməsi məqsədilə Milli Məclis 2013-cü il 7 may tarixində amnistiya aktını qəbul edib. Akt 10 040 nəfərə şamil edilib.
4. Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika günü münasibətilə də 2016-cı il amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10 868 nəfərə şamil olunub.
5. Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elan edilən amnistiya aktı. Amnistiya aktından 15 minə yaxın şəxs faydalanıb.
6. Prezident İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə 2021-ci ildə amnistiya aktı qəbul edilib. Aministiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsi iştirakçısı, 837-si qadın idi.
Bakı 



