• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İlk Avropa ölkəsi Qəzzadakı vəziyyətlə bağlı BMT-dəki iddiaya qoşulacaq

DÜNYA

06 Iyun 2024 | 13:37

İlk Avropa ölkəsi Qəzzadakı vəziyyətlə bağlı BMT-dəki iddiaya qoşulacaq

İspaniya Cənubi Afrikanın Qəzzadakı vəziyyətlə bağlı BMT-dəki iddiasına qoşulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin xarici siyasət idarəsinin rəhbəri Xose Manuel Albares deyib.

Məlumata görə, İspaniya İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmağa icazə üçün müraciət edəcək.

“Biz bu qərarı Qəzza zolağında davam edən hərbi əməliyyatlara görə veririk. Biz Qəzzaya və Yaxın Şərqə sülhün qayıtmasını istəyirik və bunun baş verməsi üçün hamımız məhkəməni dəstəkləməliyik”.

Qeyd olunur ki, İspaniya keçən ilin sonunda Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırmasından sonra belə bir addım atan ilk Avropa ölkəsi olacaq.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026