• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

İran səfir sərsəmlədi: Rəsmi Tehran səhvlərini təkrarlayır

SİYASƏT

13 Noyabr 2023 | 12:21 | Müəllif: Qalib İbrahimoğlu

İran səfir sərsəmlədi: Rəsmi Tehran səhvlərini təkrarlayır

İranın Ermənistandakı səfiri Mehdi Sübhani sərsəm ifadələr səsləndirib.

Bakıvaxtı.az-ın məlumatına görə, səfir Bakını qəzəbləndirən açıqlamasında bildirib ki, "Qarabağ xalqı"nın (? - red.) hüquqlarının qorunması vacibdir. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması o demək deyil ki, oradakı insanların hüquqları pozulmalıdır: ""Qarabağ xalqı"nın öz hüquqlarını reallaşdırmaq imkanı olmalıdır. Bu, heç kimin, o cümlədən Azərbaycanın gözardı edə bilməyəcəyi reallıqdır. Qarabağ böhranı başlayanda və qarabağlılar Ermənistana gələndə bir qrup qaçqın Qafana yerləşmişdi, mən gedib onlardan niyə ərazini tərk etdiklərini soruşdum, dedilər ki, həyatları təhlükədə idi. Başqalarını öz vətəndaşı adlandıran ölkə şərait yaratmalıdır ki, bu insanlar özlərini təhlükəsiz hiss etsinlər, bu ərazini, bu torpağı tərk etməsinlər".

Səfir vurğulayıb ki, İran nəqliyyat əlaqələrinin bərpasının əleyhinə deyil, lakin Ermənistanın nəzarətindən kənarda yolların mövcudluğunu qəbuledilməz hesab edir.

Qeyd edək ki, məkrli surətdə erməni əhalini “Qarabağ xalqı” adlandıran və onların guya həyatlarına təhlükə olduğu üçün Qarabağdan getdiyini deməklə, təxribat törədən, Zəngəzur dəhlizinin məntiqini təhrif edən Sübhaninin açıqlamalarına Azərbaycan XİN artıq cavab verib və İranın buna reaksiyasını gözlədiyi vurğulanıb.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, İranın Ermənistandakı səfirinin belə açıqlama verməsi onsuz da kövrək olan, yenicə düzəlməyə başlayan Azərbaycan-İran münasibətlərin yenidən pozulmasına səbəb olacaq.

Samir Hümbətov: İran daxilində, hakimiyyət strukturlarında və elitasında çox ciddi fikir ayrılıqları mövcuddur

Siyasi şərhçi vurğulayıb ki, İran daxilində, hakimiyyət strukturlarında və elitasında çox ciddi fikir ayrılıqları mövcuddur: "Bir tərəfdən İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşür, münasibətlərin normallaşmasından danışır. Digər yandan İranın Ermənistandakl səfiri bu cür absurd açıqlamalar verir".

Analitik diqqətə çatdırıb ki, heç Qərbin belə bu həddə kobud yanaşma ortaya qoymadığı halda İran səhvlərini təkrarlayır: "Bu da onu göstərir ki, İranın bölgə ilə bağlı niyyəti məkrlidir. İran rəsmisinin regionla bağlı bəyanatları dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə ziddir. Tehranın siyasi xətti islam dəyərlərindən, müsəlman həmrəyliyindən uzaqdır. İranın bəzi rəsmiləri daxildəki fərqli qruplardan, dairələrdən gələn sifarişləri icra edirlər. O baxımdan verilən açıqlama heç də təsadüfi deyil".

AydınBaxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026