• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

İrandan xəbərdarlıq: "İsrail diqqəti yayındırmağa çalışır"

DÜNYA

29 Iyul 2024 | 12:18

İrandan xəbərdarlıq: İsrail diqqəti yayındırmağa çalışır

Hizbullahı dəstəkləyən İran Qolan Təpələrində Məcdəl-Şəms qəsəbəsinə hücumundan sonra İsrailə xəbərdarlıq edib.

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlama verib.

Onun sözlərinə görə, sionist rejimin hər hansı cahil hərəkəti regionda qeyri-sabitliyə, təhlükəsizliyə və müharibənin əhatə dairəsinin genişlənməsinə səbəb ola bilər:

"İsrail dünyanın diqqətini Fələstində törətdiyi cinayətlərdən yayındırmaq üçün saxta ssenari uydurmağa çalışır. ABŞ sionist rejimin regionda yeni yanğına başlamasının qarşısını almalıdır". 

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) və BMT-nin Livan üzrə Xüsusi Koordinatoru bildiriblər ki, son insident İsrail və Hizbullah arasında bölgəni fəlakətə apara biləcək daha geniş münaqişəyə səbəb ola bilər. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Sentyabr 2024