• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İşdən imtina edən şəhid ailələri və qazilərlə bağlı AÇIQLAMA

CƏMİYYƏT

09 Iyun 2022 | 15:22 | Müəllif: Qalib İbrahimoğlu

İşdən imtina edən şəhid ailələri və qazilərlə bağlı AÇIQLAMA

“Azərbaycanda 12721-dən artıq Vətən müharibəsi qazisi və 80 mindən artıq müharibə iştirakçısı var. Bu günə qədər 1000-dən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub".

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyə qədər bu kateqoriyadan olan 17 min şəxslə bilavasitə iş aparılıb və 12188 şəxs özünüməşğulluq proqramlarına cəlb olunub.

"4 min şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi təklif olunan işdən imtina edib. 1500-dən artıq şəxsin müasir peşələr üzrə prosesə cəlb olunub”, - deyə Mustafa Abbasbəyli qeyd edib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR