• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

İspaniya parlamenti Azərbaycanla imzalanmış sənədi niyə təsdiqləmədi?

SİYASƏT

04 Noyabr 2022 | 15:35 | Müəllif: Qalib İbrahimoğlu

İspaniya parlamenti Azərbaycanla imzalanmış sənədi niyə təsdiqləmədi?

“İspaniya parlamentinin aşağı palatası Azərbaycanla imzalanmış beynəlxalq müqaviləni təsdiq etməyib. Sənədin ratifikasiyası ilə bağlı 174 deputat əleyhinə, 132 deputat lehinə səs verib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, söhbət 2021-ci ildə Madriddə Azərbaycanla imzalanmış sənəddən gedir: “Bu sənəd Azərbaycanla məxfi məlumatların mübadiləsini və bu məlumatların qorunmasını nəzərdə tutur. İspaniya parlamenti nadir hallarda hökumətin xarici dövlətlə imzalanan sənədi təsdiq etmir".

E.Şahinoğlu deyib ki, ispaniyalı deputatlar Azərbaycanla imzalanmış müqavilənin əleyhinə səs verməklə Ermənistanla həmrəylik nümayiş etdiriblər: "Qərb ölkələrində Ermənistanın mövqeyini anlayışla qarşılayanların sayı artıb. Erməni lobbisi Avropa ölkələrində və ABŞ-da Azərbaycan əleyhinə fəallığını artırıb. Ancaq İspaniyada elə güclü erməni diasporu yoxdur, buna rəğmən, ispaniyalı deputatların əksəriyyəti Azərbaycanın əleyhinə səs verib".

"İspaniyadakı səfirimiz və səfirlik əməkdaşlarımız bunun qarşısını almaq üçün hansı addımlar atıblar, deputat qruplarıyla təmasları olubmu?”, - deyə Elxan Şahinoğlu bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026