• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsrail Türkiyəyə tibbi yardım göndərdi

DÜNYA

09 Fevral 2023 | 14:33

İsrail Türkiyəyə tibbi yardım göndərdi

İsrail Türkiyəyə tibbi yardım göndərib.

Bakıvaxtı.az İsrail KİV-inə istinadən xəbər verir ki, artıq təyyarə Türkiyəyə eniş edib.

Bildirilib ki, 230 tibb işçisi və yüzlərlə ton tibbi avadanlıq Türkiyəyə göndərilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Hadisə nəticəsində azı 14 014 nəfər ölüb, 64 794 nəfər isə yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026