• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İsrail XİN: Quterreş müharibə cinayətlərinə ortaqdır

DÜNYA

25 Oktyabr 2024 | 17:43 | Müəllif: Əli Hüseynov

İsrail XİN: Quterreş müharibə cinayətlərinə ortaqdır

İsraildə persona non-qrata (arzuedilməz şəxs) elan edilmiş BMT-nin baş katibi Antonio Quterreş, ikiüzlülük və laqeydlikdə yeni səviyyəyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats “X” platformasındakı paylaşımında bildirib.

    “Dünən gecə o, Qəzzada İsrail Müdafiə Qüvvələri tərəfindən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) həmkarının zərərsizləşdirilməsinə təəssüflənib. Tam olaraq o, kimə yas tutur? 7 oktyabr hücumunda HAMAS-ın Bureyc batalyonunda Nuxba komandiri kimi xidmət etmiş Məhəmməd Əbu Attavi üçün?" - İsrail XİN rəhbəri paylaşımında bildirib.

    "Quterreş və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) müharibə cinayətlərinə ortaqdır", - o, vurğulayıb. apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR