• Bakı 25° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

İsraildən sərt qərar: Norveçlə razılaşmanı ləğv etdi

DÜNYA

08 Avqust 2024 | 13:34

İsraildən sərt qərar: Norveçlə razılaşmanı ləğv etdi

 İsrail Fələstin administrasiyası adına toplanan vergi gəlirlərinin Fələstin rəhbərliyinin Norveçdəki hesabına yatırılması ilə bağlı razılaşmanı ləğv edib.

Bakıvaxtı.az İsrail mətbuatına istinadən xəbər verir ki, İsrailin bu addıma səbəb Norveçin Fələstin dövlətini tanınasıdır. 

Məlumata görə, İsrail rəhbərliyi Norveçin əvəzinə İsveçrə ilə müqavilə bağlamağı planlaşdırır.

Qeyd edək ki, İsrail ilə Fələstin Azadlıq Təşkilatı (FAT) arasında 1994-cü ildə imzalanan Paris İqtisadi Protokoluna uyğun olaraq, İsrail rəhbərliyi nəzarətindəki sərhəd qapılarından fələstinlilər adına topladığı illik 2 milyard dolları Fələstin xəzinəsinə köçürür.

Gülşən Şərif


SON XƏBƏRLƏR

09 Sentyabr 2024