• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İtkin düşmüş şəxsin meyiti tapıldı

HADİSƏ

12 Sentyabr 2022 | 10:53

İtkin düşmüş şəxsin meyiti tapıldı

Tərtərdə itkin düşmüş şəxsin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Əskipara kəndi yaxınlığından keçən hissəsində 20-25 yaşlı şəxsin meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, meyit Tərtərin Düyərli kənd sakini Cəlilov Qisas Rasif oğluna məxsusdur. Onun avqustun sonundan etibarən itkin düşmüş şəxs kimi axtarışda olması üzə çıxıb. Q.Cəlilovun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı aradırma aparılır.

Qeyd edək ki, ötən həftə Azərbaycanda itkin düşmüş 2 nəfərin qətlə yetirildiyi məlum olub. Belə ki, Ağsuda evdən qaçan gənc qadın atası tərəfindən öldürülüb. Bakıda isə 13 yaşlı qızla sevgi münasibətində olan 16 yaşlı oğlan qızın atası tərəfindən qətlə yetirilib. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026