Çarpıcı iddialarla gündəmə gələn amerikalı aktyorlar Conni Depp və Amber Heardın böhtan iddiası Deppin qələbəsi ilə nəticələnmişdi.
Bakıvaxtı.az xəbər verir ki, bütün dünyanın maraqla izlədiyi və təxminən 6 həftə davam edən dava böyük ekrana gətirilir.
NTV-də yayımlanan xəbərə görə, "Hot Take: The Depp/Heard Trial" adlı film Tubi rəqəmsal platformasında yayımlanacaq. Days of Our Lives serialı ilə tanınan Mark Hapka Deppi, Meqan Devis isə Heard obrazını canlandıracaq. İyunun 1-də başa çatan işdən bəhs edən filmdə vəkillər və münsiflər heyətinin üzvləri də iştirak edəcək.
Aytac Aslan
















