Əfqanıstanda baş verənlər ABŞ Prezidenti Co Baydenin xarici siyasətinin tamamilə uğursuzluğunun nəticəsidir və əslində 1975 -ci il hadisələrinin təkrarıdır.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasındakı Respublikaçılar azlığının rəhbərinin müavini telekanala bildirib: "Prezident Bayden bir neçə gün əvvəl dedi ki, səfirliyin vertolyotlarla Saygonda olduğu kimi boşaldılmasına şahidlik etməyəcəyik, amma tam olaraq bu baş verdi. Bu, Prezident Baydenin Saygonudur."
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















