• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0177

Kapital Bank daha 2 vətəndaşın özünüməşğulluğuna dəstək oldu

CƏMİYYƏT

18 Sentyabr 2023 | 15:41

Kapital Bank daha 2 vətəndaşın özünüməşğulluğuna dəstək oldu

Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 2 vətəndaşa dəstək göstərib.

Bakıvaxtı.az xəbər verir ki, Tovuz rayonundan müraciət edən Həvva Muradovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar, Bakı şəhəri Suraxanı rayonundan müraciət edən Səmərrux Babayevaya isə kiçik dərzi sexi açmaq üçün  lazımi avadanlıqlar alınıb. Bununla da Kapital Bank tərəfindən memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərilən vətəndaşların sayı 133 nəfərə çatıb.

Xatırladaq ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


SON XƏBƏRLƏR

24 Sentyabr 2023