• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Kaya Kallas Bakıya gəlir

DÜNYA

25 Yanvar 2025 | 22:02

Kaya Kallas Bakıya gəlir

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə Brüsseldəki mənbə məlumat verib.

“Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə K.Kallasın səfəri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.


SON XƏBƏRLƏR

04 Fevral 2025