Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər üzrə keçmiş nazirinin müavini Yuri Qrımçak 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bakıvaxtı.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, Y.Qrımçak hədə-qorxu ilə pul tələb etməkdə və 480 min dollar rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, bu ilin fevralında Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin verdiyi hökm indi qanuni qüvvəyə minib.
Nuranə Daxilqızı

















