• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Kinorejissor Cəmil Fərəcov dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

02 Avqust 2023 | 13:00

Kinorejissor Cəmil Fərəcov dəfn edildi - YENİLƏNİB

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir Məscidində vida mərasimi keçirilib.

Mərasimdə kinorejissorun sənət dostları, ailəsi və yaxınları, həmçinin media mənsubları iştirak edib.

Daha sonra Cəmil Fərəcovun cənazəsi “Qurd qapısı” qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

O, 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

Kinorejissorun "Arvadım Mənim, Uşaqlarım Mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu", "Foto həvəskarı", "Kimdir müqəssir?" və digər onlarla filmdə rejissor kimi imzası var.

 

11:24

Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Vidadan sonra mərhum "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026