• Bakı C

    9.86 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

Kobaxidze: Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil

DÜNYA

08 Fevral 2025 | 23:08

Kobaxidze: Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil

Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Euronews"ə müsahibəsində deyib.

"Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Rəsmi Moskva ərazi bütövlüyümüzü pozur. Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin tanınması səbəbindən diplomatik əlaqələrin bərpası müzakirə olunmur. Lakin biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir", - Kobaxidze deyib.

Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə ticarət və iqtisadi əlaqələri saxlayır.

"Ərazi bütövlüyü məsələsinə gəlincə, bu məsələni yalnız sülh yolu ilə həll etməkdən başqa alternativ yoxdur", - Kobaxidze vurğulayıb.


SON XƏBƏRLƏR

08 Fevral 2025