• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Koronavirusa yoluxma payızda yüksələ bilər" - Nazirlikdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

16 Avqust 2022 | 10:49

Koronavirusa yoluxma payızda yüksələ bilər - Nazirlikdən XƏBƏRDARLIQ

"Son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasının yoluxma sayında artım müşahidə olunur. Buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsi ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib.

Onun sözlərinə görə, payız mövsümündə bir çox infeksiyalar aktivləşir: "Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır".

Ekspert qeyd edib ki, payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir: "Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil".

Aytac Aslan


SON XƏBƏRLƏR