• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Kripto-valyuta ABŞ-nin ehtiyat valyutası ola bilər?

İQTİSADİYYAT

23 Yanvar 2025 | 16:58

Kripto-valyuta ABŞ-nin ehtiyat valyutası ola bilər?

"Donald Tramp şəxsiyyət olmaqla yanaşı, həm də funksiyadır. Trampın hakimiyyətə gəlməsi böyük tərəfdarlar ordusunun, ABŞ-də bugünədək baş verənlərin, sol liberalizmin Amerika cəmiyyətində yaratdığı ikrah hissinin üzə çıxması idi".

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, təkcə ABŞ-yə xas deyil, Avropada da sağ və mərkəz getdikcə güclənir:

"Dünyada sol liberalizmə qarşı böyük trend başlayıb. Tramp bir funksiya olaraq bunun çox gözəl başlanğıcını elan etdi. Sonrakı hadisələr göstərəcək ki, proses hansı istiqamətdə inkişaf edəcək”.

N.Cəfərli qeyd edib ki, Trampın kripto-valyutalara çox qəribə isti münasibəti var. Müsahibimizə görə, bu da Elon Maskdan qaynaqlanır:

“Belə bir mif var ki, bitkoinlərin arxasında duran əsas insanlardan biri Maskdır. Amma kripto-valyutalara qarşı münasibətin gələcəkdə dəyişməsi də mümkündür. İndi sadəcə bir dağla var və ABŞ niyə bu dalğadan istifadə etməsin? Trampla həyat yoldaşı öz öz "coin"lərini satışa çıxardaraq bir gündə 36 milyard dollara yaxın vəsait cəlb etdilər. Əgər insanlar bunu alırsa, niyə də etməsinlər? Yəni alınırsa, deməli satışa çıxarmaq lazımdır. Sanki bu suvenir kimi bir şeydir. "Coin"lərin gələcəyi ilə bağlı müəyyən problemlər olacaq. Ona görə ki, Federal Ehtiyatlar Sistemi buna qarşıdır. Tramp kripto-valyutanın gələcəkdə ABŞ-nin ehtiyat valyutası olması ehtimalını da səsləndirmişdi. Bitkoinin qiymətinin birdən-birə iki dəfə artması məhz bu bəyanatla bağlı idi. Amma yenə deyirəm, FES buna qarşıdır. Düşünürəm ki, haqlı olaraq qarşı çıxırlar".

Natiq Cəfərli: Trampın kripto-valyutalara çox qəribə isti münasibəti var

N.Cəfərliyə görə, texnoloji sinif dünyanın və ABŞ-nin gələcəyini müəyyən edəcək:

"Donald Tramp da bunu anlayır. Ənənəvi yatırımlardan daha çox texnoloji sərmayələrə üstünlük verməyi düşünür ki, doğru olan da budur. Məsələn, Maskın yanaşması bundan ibarətdir ki, bugünədək ABŞ-nin bəzi texnoloji məsələlərdə geri qalmasının səbəbi aşırı tənzimləmə mexanizmləri və texnologiyaların iqtisadiyyata daha tez inteqrasiyasının qarşısındakı əngəllərdir. Maskın rəhbərliyi ilə yeni yaradılacaq "Dövlət Xərclərinin Optimallaşdırılması" adlı qurumun bu məsələlərlə məşğul olacağı ehtimal edilir".

Aydın Baxış


SON XƏBƏRLƏR