• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanın gücü, diplomatik uğuru budur...

LAYİHƏ

13 Oktyabr 2023 | 11:08

Azərbaycanın gücü, diplomatik uğuru budur...

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri, Yer kürəsinin bütün qitələrini əhatə edir. Tədqiqatçılar inteqrasiyanı yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar.

İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə korrektivlər edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, dünya inkişafının başlıca meyllərinə çevrilib. Sevindirici haldır ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında, mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan, dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bunun arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. İndi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilib.

Bütövlükdə, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar, hər şeydən öncə Heydər Əliyevin fenomenal siyasi lider amilinə əsaslanıb. Bu bir faktdır ki, Azərbaycanın qazandığı uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Azərbaycan dövlətinin Avropaya və dünyaya inteqrasiyasının siyasi prinsip və əsasları ulu öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsi idi. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən ümummilli liderin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir.

Tural Gəncəliyev: Azərbaycan hətta transport, kommunikasiya xətlərinin mərkəzində yerləşən ölkə kimi tanınır

Deputat Tural Gəncəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının istər region ölkələri, istərsə də beynəlxalq təşkilatlara apardığı siyasət təqdirəlayiqdir: "Ümumiyyətlə, ölkəmiz coğrafi və əhali nisbətində dünyanın ən böyük ölkələrindən sayılmasa belə, ağıllı strategiyası, düzgün xarici siyasəti ilə bəzən böyük və orta ölkələrdən daha çox gəlir qazanır. Bu bir daha onu göstərir ki, güclü liderin olması, xarici siyasətin düzgün planlaşdırılması, strateji dərinliyin olması çox mühim faktordur. Misal üçün, Azərbaycanın son illər əldə etdiyi uğurlara baxaq. Azərbaycan Qoşulmama Hərakatına sədrlik edir. Qoşulmama Hərəkatının tarixində, bəlkə də, ən uğurlu sədrlik Azərbaycandadır. Qoşulmama Hərəkatının üzvləri olan ölkələr Azərbaycanın sədrliyindən razıdır. Bu, Azərbaycanın diplomatik gücünün nə qədər böyük olduğunu göstərir".

Deputat qeyd edib ki, 2020-ci ildəki Vətən müharibəsi və bu il baş verən antiterror əməliyyatı zamanı Azərbaycana qarşı çox böyük təzyiqlər oldu: "Azərbaycan qurduğu xarici siyasət, ağıllı diplomatik addımlarla ölkəmizə qarşı olan təzyiqlərin hamısını neytrallaşdırdı. Bununla da regionda qlobal səviyyədə nüfuza malik olmağın nə qədər önəmli olduğunu gördük. Azərbaycan son zamanlar orta gücdə olan ölkələrin ortaya qoyduğu gücü nümayiş etdirir. Bu gün Azərbaycan siyasi çəkisinə görə, Almaniya, Kanada kimi ölkələrlə eyni səviyyədə, hətta onlardan da çox gücə malikdir. Misal üçün, Kanada ABŞ-ın qonşuluğunda yerləşir, böyük əhalisi var. Lakin buna baxmayaraq, Kanada regional ölkə kimi tanınır. Azərbaycan isə nəinki regional, hətta transport, kommunikasiya xətlərinin mərkəzində yerləşən ölkə kimi tanınır. Azərbaycan Kanadadan daha mühim rol oynayır".

Onun sözlərinə görə, bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub marşrutlarının üstündə yerləşən ölkədir: "Bütün Avropa İttifaqının əsas enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Hətta sonuncu Qranada görüşündə Azərbaycana qarşı fəaliyyət göstərmək istəyən Fransa belə dedi ki, Azərbaycana sanksiya tədbiq edilməsi əks prodaktiv olar. Bu, Azərbaycanın Avropa İttifaqında nə qədər böyük nüfuza sahib olduğunu göstərir. Azərbaycan Avropa İttifaqında yer alan ölkələrin doqquzu ilə əməkdaşlıq sazişi imzlayarıb. Xüsusilə Macarıstan, Rumıniya, Bolqarıstan, Polşa və Pribaltika ölkələri ilə sıx əlaqələrin qurulduğunu müşahidə edirik. Macarıstan bildirib ki, Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı heç bir sanksiyaya yol verməyəcək. Azərbaycanınn gücü, diplomatik uğuru budur. Avropa İttifaqının öz ölkəsi durub digər müttəfiq ölkərə deyir ki, Azərbaycana qarşı hansısa addım atmağı ağlınızdan belə keçirməyin".

Deputata görə, İtaliya Azərbaycanın 1 nömrəli ticarət partnyoru, Avropa İttifaqının ən mühüm ölkəsidir. Bu gün İtaliya Fransaya izah edir ki, Azərbaycana qarşı hər hansı addımınızı böyük ticarət partnyorları qəbul etməyəcək: “Bizim Türkiyə kimi böyük müttəfiqimizin var, dünyanın ikinci böyük ordusu, NATO-nun ən böyük güclərindən biridir. Azərbaycanın informasiya da daxil olmaqla, bütün sferalarda apardığı siyasət çox böyük nufuza sahib olduğunu göstərir".

Mübariz Göyüşlü: Azərbaycan dünyada sülh və ədalətin təmin olunması istiqamətində işlərini layiqincə yerinə yetirir

Siyası şərhçi Mübariz Göyüşlü Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların üzvü olaraq dünya birliyinə inteqrasiya istiqamətində istər qonşu, istərsə də digər ölkələrlə çox yüksək səviyyədə əməkdaşlıq həyata keçirir: "Hesab edirəm ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti çox qənaətbəxşdir. Çünki Azərbaycan dünya birliyindəki aparıcı rolunu, dünyada sülh və ədalətin təmin olunması istiqamətində gördüyü işləri layiqincə yerinə yetirir. Azərbaycan beynəlxalq miqyasda əməkdaşlıq istiqamətində çox etibarlı partyor sayıla bilər. Nümunə olaraq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini göstərə bilərik. Pandemiya dövrünə düşməsinə baxmayaraq, Azərbaycanın aktiv fəaliyyətinə maneə olmadı. Azərbaycan təşkilatın sədri olaraq üzərinə düşən öhdəlikdən də artığını həyata keçirdi".

Siyası şərhçi vurğulayıb ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı aktiv çalışmaları təqdirəlayiqdir: "Türk ölkələrinin inteqrasiyası istiqamətində Azərbaycan Türkiyə ilə birgə çox yüksək səviyyədə əməkdaşlıq həyata keçirir. Azərbaycanın səyləri nəticəsində Türkdilli Dövlətlər Konseyi Türk Dövlətləri Təşkilatına çevrildi, iteqrasiya istiqamətində bir sıra qurumlar yaradıldı. Azərbaycan Qarabağ münaqişəsini öz gücünə həll etmiş dövlət olaraq artıq Cənubi Qafqazın ən güclü dövlətinə çevrilib. Azərbaycan Qafqazda 3+3 beynəlxalq əməkdaşlıq formatını təklif etməklə Qafqazı sülh və stabillik platformasına çevirməyə, Qafqaz evi adlandıra biləcəyimik məkan qurmağa çalışır. Yəni Qafqaz hamımızın evidir. Bu evdə sülh və sabitlik olmalıdır. Bu, Azərbaycanın beynəlxalq istiqamətdə növbəti əməkdaşlıq cəhtidir".

M.Göyüşlü qeyd edib ki, Azərbaycanın bütün bu çalışmaları mövcud olduğu regionda sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa və rifaha xidmət edir: Hesab edirəm ki, narahat dünyamızda Azərbaycan kimi dövlətlərin çalışmalarına ehtiyac var".

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024