• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanda QHT-lərin inkişafı siyasəti ilə bağlı yeni yanaşma

LAYİHƏ

07 Oktyabr 2023 | 22:22

Azərbaycanda QHT-lərin inkişafı siyasəti ilə bağlı yeni yanaşma

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

2023-ci ilin başa çatmasına 2 aydan bir az çox vaxt qalıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi cari ildə QHT-lər üçün 3 müsabiqənin (“Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi , “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi, 2023-cü il kiçik qrant müsabiqəsi) qaliblərini açıqlayıb.

Bakıvaxtı.az QHT rəhbərlərindən bu il keçirilən qrant müsabiqəsində görülən işlər, Böyük Qayıdış prosesi və işğaldan azad olunmuş ərazilərin bərpası prosesində vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının töhfələri, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qeyri-hökumət təşkilatlarının rolu barədə açıqlamalar alıb.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, qeyri- hökümət təşkilatlarının fəaliyyəti ilə bağlı ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı strateji bir proqram var, plan var: “Dövlət başçısının 2007- ci ildə imzaladığı proqrama uyĝun olaraq, bu konsepsiyadan irəli gələrək 2008- ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. 2021-ci ildə isə bu təşkilatın bazasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılıb, xeyli yol keçib. QHT-dövlət münasibətləri əməkdaşlıq səviyyəsindədir. Ayrı-ayrı nazirliklərin yanında ictimai şuralar fəaliyyət göstərir. QHT-lərlə bağlı, ictimai iştirakçılıqla bağlı bir neçə qanun layihəsi qəbul edilib. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında xeyli işlər görülüb. Bu işlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”.

E.Həsənli bildirib ki, qeyri- hökümət təşkilatlarının əsas bir neçə istiqamətlərdə işi var: “İnsan hüquqları və azadlıqları, ətraf mühit,təhsil, səhiyyə, hərbi vətənpərvərlik sahələrində fəaliyyət göstərən QHT-lər; idman və gənclər sahəsində fəaliyyət göstərən QHT-lər və məcburi köçkünlər, şəhid ailələri, veteranlar, əlillərin hüquqları ilə bağlı fəaliyyət göstərən QHT-lər fəaldırlar. Bu təşkilatların sayı yetərincədir və xeyli tanınır”.

E.Həsənli Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxmından QHT-lərin Şuşada, Xankəndi-Laçın yolu üzərində ekoloji fəalların və QHT nümayəndələrini aksiyası xatırlatdı: “Bu aksiyalardan sonra Azərbaycan dövləti prosesə müdaxilə etdi. Bu il Laçında sərhəd buraxılış məntəqəsi fəaliyyətə başladı.

Bütün bu işləri, QHT-lərdə fəaliyyəti yüksək qiymətləndirmək lazımdır. Beynəlxalq aləmdə QHT-lər Azərbaycan həqiqətləri ilə bağlı müntəzəm işlər aparılır. Təəssüflər olsun ki, bəzi QHT-lər Azərbaycanla bağlı illərlə mənfi imicin yaradılmasında rol oynayıblar. Ayrı-ayrı dövlətlərdən maliyyə yardımı alıb Azərbaycanın milli maraqlarına zidd fəaliyyətlər də olub. Ancaq son dövrlər Azərbaycan dövlətinin maliyyə yardımı ilə QHT-lərin fəaliyyəti yaxşı mənada xeyli inkişaf edib və bu kimi hallar aradan qaldırılıb, minimuma endirilib. Ermənilərin Azərbaycan əleyhinə apardığı işlərlə bağlı həm BMT, həm Avropa Birliyi, həm ayrı-ayrı ölkələrdə QHT-lər Azərbaycan həqiqətlərini təbliği istiqamətində xeyli işlər görüblər. Bu işlər bu gün də davam edir. Bu istiqamətdə ixtisaslaşmış QHT-lərimiz var. Ayrı-ayrı nazirliklərin yanında ictimai şuraların fəaliyyətini yüksək qiymətləndiririk. O cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olan İctimai Şura da yaxşı fəaliyyət göstərir.  Onlar qayıdışla bağlı xeyli işlər görür, ayrı-ayrı qaçqın şəhərciklərini gəzərək qaçqın şəhərciklərinin hər birində məcburi köçkünlərlə görüşlər keçirib, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün işlər aparılır, maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərin bir qismində iştirak etmişəm. Keçmiş məcburi köçkünlər toyla, bayramla öz yurdlarına qayıdırlar. QHT-lər bu qayıdış prosesində iştirak edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ictimai şuranın üzvləri əlillərə, şəhid ailələrinə mənzillərin verilməsi, avtomobillərin verilməsində yaxından iştirak edirlər. Əlilliyin təyin edilməsi prosesində və nazirliyin rəhbər şəxslərin vətəndaş qəbulu prosesində yaxından iştirak edirlər və s.”

 ***

“İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Amil Məmmədov müsabiqələrin icrasında keyiyyəti artırmaq üçün qrant müsabiqələrini ilin sonunda və əvvəlində elan edilməsini tövsiyə edib: “QHT rəhbərlərilə əlaqələrim var, görüşürük. Bəlli olur ki, həqiqətən QHT-lərin təxminən 70%-i çalışırlar, ortaya keyfiyyətli iş qoymaq istəyirlər. QHT-lərin hər biri ilə əlaqəliyəm və onlarla danışan zaman görürəm ki, əziyyət çəkirlər, işləyirlər. Məqsədlərə nail olmaqdan danışsaq hər şey çox yaxşıdır, sadəcə layihələrin icra müddətinin vaxtının artırılması arzuolunandır.  Məsələn, təhsillə bağlı layihədə sənəd işləri və yay aylarında məktəbin bağlanma zamanı, yaxud da işçilərin çoxunun məzuniyyətdə olması ilə əlaqədar problemlər yaranır. Bu məsələyə diqqət edilməlidir”.

A.Məmmədov deyib ki, Böyük Qayıdış prosesi və işğaldan azad edilmiş ərazilərin bərpası prosesində vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının töhfə verməyə çalışır:

“İşğaldan azad olunmuş ərazilərin bərpası zamanı yaşıllaşdırmaya üstünlük vermək lazımdır. Bilirik ki, düşmənlərimiz hər yeri demə olar ki məhv edib, yaşıllıqları, meşələri yandırıb,  ətraf mühitə çox ziyan vurublar. Ona görə ilk növbədə ətraf mühiti bərpa etməliyik. Birinci məsələ yaşıllaşdırma, yaxşı olar ki, çox sayda ağaclar əkilsin, gül çiçək əkilsin, Qarabağı əvvəlki kimi yaşıl regiona döndərək. Ona görə çox sayda layihələr, birinci növbədə yaşıllaşdırma, ikinci növbədə yolların bərpa olunması həyata keçirilməlidir. Düzdür dövlət tərəfindən nə lazımdırsa, edilir. Ancaq dövlətə dəstək layihələri də vacibdir. Əsasən əhali arasında maarifləndirmə aparılmalıdır. Buraya çox mövzular daxil etmək olar. Məsələn,  təhlükəsizlik məsələsi. Məktəblilərin, azyaşlıların, ümumiyyətlə əhalinin icazə olunmayan yerlərə, minada təmizlənməmiş sahələrə getməmələri, haradasa nə isə görəndə məlumat verməsi üçün tədbirlər keçirmək olar. Düzdür, bu istiqamətdə ANAMA tərəfindən layihələr həyata keçirilir. Ancaq daha geniş miqyasda, həm təhsil ocaqlarında, həm əhali arasında məlumatlandırma aparılmalıdır. Bukletlər, şəkillər binalara yapışdırmaq lazımdır ki, insanlar özlərini bu cür təhlükələrdən qorusunlar. Bundan başqa oranın iqliminə, havasına, suyuna uyğunlaşana qədər bəzi xəstəliklər meydana çıxa bilər. Ona görə də insaları sağlamlıqla da bağlı maarifləndirmək lazımdır. İlk tibbi yardım, infeksion xəstəliklərlə bağlı onları maarifləndirmək olar. Ora qayıdan əhalinin əksəriyyətinin orada işsiz qalmaması üçün bəzi peşəyönümlü təlimlər keçmək lazımdır. Misal üçün dərzilik, telefon ustası, bərbər, tibb bacısı, şirniyyat ustası və s. gündəlik tələbat olan sahələrdir”.

QHT sədri deyib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qeyri-hökumət təşkilatlarının xüsusi rolu var: “Dövlət qurumlarının məlumatlarını biz QHT olaraq 4 dildə - Azərbaycan, rus, ingilis və erməni dilində sosial şəbəkələrdə paylaşırıq. Rəsmi məlumatlar QHT adından yayımlayırıq. Məsələn, işğaldan azad olunmuş ərazilərə ətraf mühitinin məhv edilməsi ilə bağlı etirazımızı bildirdik. Vətəndaş cəmiyyətinin üzvlərinin, QHT sədrlərinin, onların nümayəndələrinin 1 aydan artıq Şuşada soyuq, qarlı havada etiraz aksiyası keçirməsini xatırlamaq olar.

A.Məmmədov bildirib ki, QHT-lər ictimai iştirakçılığın təmini istiqamətində fəaliyyəti genişlənib: “Vətəndaş cəmiyyəti, QHT sədrləri arasında çox savadlı, dövlət qurumları ilə əlaqəli şəxslər var ki, ekspert kimi dəvət alırlar, araşdırmalar, hesabatlar təqdim edirlər. Bunun müqabilində onlara maddi dəstək olunur, ekspert onların araşdırmalarından istifadə olunur. Bu onların təcrübəsindən irəli gəlir ki, dövlət qurumları onlardan bir ekspert kimi istifadə edə bilirlər. Bəzi regionlarda, Bakı şəhərində təlimlər zamanı da onları ekspert kimi dəvət edirlər. Azsaylı olsa da belə şəxslər var ki dövlət qurumlarına dəstək göstərirlər”.

QHT rəhbəri deyib ki, 2024-cü ildə QHT-lərin əsas hədəfi Qarabağa qayıdışla bağlı layihələrə daha çox üstünlük vermək olacaq: “Qrant müsabiqələrində Qarabağla bağlı layihələr genişlənəcək. Bu çox yaxşı haldır". 

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024