• Bakı 29° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Masazırda DƏHŞƏTLİ YANĞIN - 2 ÖLÜ - FOTO - VİDEO 

HADİSƏ

02 Sentyabr 2025 | 09:16

Masazırda DƏHŞƏTLİ YANĞIN - 2 ÖLÜ - FOTO - VİDEO 

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmət məlumat yayıb.

    Bildirilib ki, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

    Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

     


    SON XƏBƏRLƏR

    01 Sentyabr 2025