Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya haqqında yeni iddialar gündəmə gəlib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, getdikcə təbiiliyə önəm verən aktrisa sinə silkonlarını çıxartdırmaq qərarına gəlib.
Verilən məlumatlara görə, seriallarda baş rolları canlandıran aktyorların estetik görünüşü prodüserləri narahat edir.
Bir çox tanınmış prodüserlər aktyorlarla bağladıqları müqavilələrə rolunu korlayan estetikləri istəmədikləri barədə bənd əlavə edirlər.
Sarıkayanın müqaviləsində belə bir bəndin olmamasına rəğmən, onun təbiiliyə önəm verməsi maraqla qarşılanıb.
Qeyd edək ki, sözügedən aktrisa ilə bərabər Özgü Namal və Pınar Dənizin müqavilələrində belə bir bənd yoxdur.
Xəyalə Rza


















