Şəxsi həyatı ilə tez-tez gündəmə gələn məşhur aktrisa Afra Saraçoğlu bu dəfə qazancı ilə adından söz etdirib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, Afranın sosial şəbəkə hgesabından əldə etdiyi gəlir izləyicilərini şoka salıb.
Verilən məlumata əsasən, jurnal, reklam, televiziya və tok-şouların ən çox axtarılan siması olan A. Saraçoğlu hər bir paylaşım üçün 250 min TL (təxminən 16 min manat) qazanır.
Qeyd edək ki, "Yalı Çapkını" serialında "Seyran" obrazı ilə məşhurlaşan aktrisanın 8,2 milyon izləyicisi var.
Xəyalə Rza
















