Məşhur saç boyası olan "Schwarzkopf Palette" və "Syoss Professional Performance"ın tərkibində qadağan olunmuş maddə aşkar edilib.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Çexiyanın baş sanitar həkimi Barbara Matskova sözügedən lilial maddəsinin reproduktiv sistem üçün toksiki olmasından bəhs edib. Bildirilib ki, bu da heyvanlarda aparılan araşdırmalarla təsdiqlənib.
Matskovanın sözlərinə görə, bu maddənin istifadəsi insan sağlamlığı üçün təhlükə yaradır.
Lilial və ya butilfenil metilpropionaldan istifadəyə Aİ-də 2022-ci il martın 1-dən qadağa qoyulub. Bu andan etibarən maddə kosmetik məhsulların istehsalı üçün tərkib hissəsi kimi istifadə edilə bilməz.
Eyni zamanda, liliala təkcə saç boyalarında deyil, həmçinin sabunlar, losyonlar, ətirlər, əl kremləri, o cümlədən ətirli şamlar, hava təravətləndiriciləri və paltar üçün kondisionerlərdə də rast gəlinə bilər.