• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mətbuat Şurasından Əvəz Zeynallının həbsinə - REAKSİYA

CƏMİYYƏT

12 Sentyabr 2022 | 17:10

Mətbuat Şurasından Əvəz Zeynallının həbsinə - REAKSİYA

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Əvəz Zeynallının həbsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Amaşov Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən uzaq olduqlarını qeyd edib.

O qeyd edib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür: “Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir.

Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun.

Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq”.

O vurğulayıb ki, Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayır: “Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq. Allah Əvəz Zeynallının qapısını açsın”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR