• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Metrodan istifadə edənlərin sayı 7%-dən çox artıb

İQTİSADİYYAT

15 Oktyabr 2024 | 14:00 | Müəllif: Əli Hüseynov

Metrodan istifadə edənlərin sayı 7%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə 168 300,7 min sərnişin daşınıb, bu da illik müqayisədə 7,3% çoxdur.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 156 790,4 min nəfər təşkil edib.

    Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR