• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Microsoft” virtual reallıq üçün əlcək icad edib

CƏMİYYƏT

24 Aprel 2022 | 03:26 | Müəllif: Qalib İbrahimoğlu

“Microsoft” virtual reallıq üçün əlcək icad edib

“Microsoft” virtual reallıq üçün əlcək icad edib.

Bakıvaxtı.az-ın xarici saytlara istinadla xəbərinə görə, əlcəklər virtual obyektləri götürərkən fiziki toxunma əksini təmin edəcək. “Microsoft” mühəndisləri əlcəyin arxasına xüsusi güc mexanizmi yerləşdirməyi, onu sensorlar və yığcam mühərriklərlə təchiz etməyi təklif ediblər.

Məlumata görə, virtual reallıq obyektlə təmas halında sensorlar mühərriklərə siqnal göndərəcək, bu da obyektlə toxunuşu simulyasiya edəcək. Patentə əsasən, ixtira edilmiş qurğu peşəkar mühitdə və videooyunlarda istifadə üçün nəzərdə tutulub. Əlcəklər “Xbox”da virtual reallıq oyunlarında istifadə oluna bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR