• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Milli Məclis daha iki sazişi ratifikasiya etdi

CƏMİYYƏT

09 Iyun 2023 | 11:51

Milli Məclis daha iki sazişi ratifikasiya etdi

Milli Məclis daha iki sazişi ratifikasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclasında aşağıdakı məsələlər müzakirə olunub.

- “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

- “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq ratifikasiya edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR