• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Milli Məclisin deputatı Nabranda sərxoş halda POLİSİ DÖYDÜ

CƏMİYYƏT

29 Iyul 2021 | 13:26 | Müəllif: Subhan Mahmudov

Milli Məclisin deputatı Nabranda sərxoş halda POLİSİ DÖYDÜ

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.

Xaçmaz sakinləri bildirilib ki, hadisə dünən Nabranda baş verib.

Sakinlər qeyd edir ki, deputat səxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib. Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb.

Bakupost


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026