• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Minlərlə tələbənin təhsil haqqını dövlət ÖDƏYƏCƏK

CƏMİYYƏT

06 May 2021 | 19:28

Minlərlə tələbənin təhsil haqqını dövlət ÖDƏYƏCƏK

Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarının əhatə etdiyi dövr 2020-2021-ci tədris ilinin II yarımili üçün uzadılıb.

Təhsil Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, qərara əsasən, 2020-2021-ci tədris ilinin ikinci yarımili sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsi hesabına ödəniləcək.

Bu tələbələrin sayının 15 min 500 – 16 min 500 nəfər arasında olması proqnozlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən 14 milyon manat ayrılması nəzərdə tutulur.


Minlərlə tələbənin təhsil haqqını dövlət ÖDƏYƏCƏKMinlərlə tələbənin təhsil haqqını dövlət ÖDƏYƏCƏK
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026