• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Moldova hökuməti Aİ-yə üzvlük planını müzakirəyə çıxardı

DÜNYA

02 Oktyabr 2023 | 13:43 | Müəllif: Qalib İbrahimoğlu

Moldova hökuməti Aİ-yə üzvlük planını müzakirəyə çıxardı

Moldova hökuməti Avropa İttifaqına üzvlüklə bağlı Milli planı ictimai müzakirəyə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku sosial şəbəkələrdə yazıb.

“Bu plan Moldovanı 2030-cu ilədək Aİ-yə daxil olmağa hazırlamaq barədə əvvəlki sənədləri əvəzləyərək və milli məqsədimizi əks etdirərək Avropaya inteqrasiya yolunda mühüm mərhələni ehtiva edir”, - deyə Niku Popesku bildirib.

Onun sözlərinə görə, sənəd Avropa Komissiyası ilə birgə aparılan qiymətləndirmə prosesindən sonra yenidən işlənəcək.

“Avropa İttifaqına üzvlük ölkəmiz üçün ən vacib hədəfdir və vətəndaşların bu məsələdə iştirakı daha cəlbedici gələcəyin qurulması üçün həlledici əhəmiyyətə malikdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026