• Bakı 15° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Moldovada İkinci Dünya müharibəsindən qalma sursatlar zərərsizləşdirildi

DÜNYA

21 Mart 2025 | 05:39

Moldovada İkinci Dünya müharibəsindən qalma sursatlar zərərsizləşdirildi

Moldova Müdafiə Nazirliyinin motoatıcı briqadasının istehkamçıları Leova rayonunun Orak kəndində İkinci Dünya müharibəsinə aid 51 partlayıcı sursat zərərsizləşdiriblər.

Bakıvaxtı.az  xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, əməliyyat qaz şəbəkələrinin çəkilişi zamanı döyüş sursatının aşkarlanmasından sonra həyata keçirilib.

Məlumata görə, işçilər yerdə şübhəli əşyalarla rastlaşdıqdan sonra yerli hakimiyyət orqanlarını köməyə çağırıb. Ərazidə araşdırma aparan minatəmizləmə qrupu 37 ədəd 45 mm-lik artilleriya mərmisi, 12 ədəd 82 mm-lik minaatan bombası və iki ədəd 88 mm-lik tank əleyhinə raket aşkar edib. Bütün sursatların kinci Dünya müharibəsinə aid olduğu dəqiqləşdirilib.

Aşkar edilmiş silah-sursat hərbi hissənin poliqonunda təhlükəsiz şəraitdə daşınaraq məhv edilib.

Əməliyyat insidentsiz keçib.


SON XƏBƏRLƏR

30 Mart 2025