• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Monitorinq qrupları toylarda nəyi yoxlayır? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

09 Iyul 2021 | 18:06

Monitorinq qrupları toylarda nəyi yoxlayır? - RƏSMİ AÇIQLAMA

“Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirildiyi restoranlarda qonaqların olduğu məkana daxil olmurlar. Müvafiq qruplar şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkili məqsədi ilə restoran sahibi və toy təşkilatçıları ilə maarifləndirici söhbətlər aparırlar”.

Bunu Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
Nazirliyin sözçüsü qeyd edib ki, monitorinq qruplarına qaydaların pozulması ilə bağlı məlumat daxil olarsa və hər hansı bir şübhə olarsa, bu qruplar zala daxil olub qonaqları yoxlaya bilərlər: “Qruplar “İcaze.e-gov.az” portalına daxil olan məlumatları yoxlayırlar. Onlar şənlik mərasimində iştirak edən qonaqların sayını, onların immunitet sertifikatına və ya COVID-19 pasportuna malik olub-olmamasını yoxlayırlar”.

N.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələrinə əsasən qayda pozulması aşkarlanacağı təqdirdə həmin şəxslər barədə polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, tədbir görə bilərlər: “Toy sahibinin, toy təşkilatçılarının və iştirakçılarının (qonaqları), eləcə də şadlıq sarayının sahibinin karantin qaydalarını pozması aşkar olunarsa, polis əməkdaşları tərəfindən cərimə olunacaqlar”. N.Əliyev bildirib ki, qayda pozulması aşkarlanacağı təqdirdə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələrinə əsasən tədbir görüləcək: “Toy sahibinin, toy təşkilatçılarının və iştirakçılarının (qonaqları), eləcə də şadlıq sarayının sahibinin karantin qaydalarını pozması aşkar olunarsa, onlar polis əməkdaşları tərəfindən cərimə olunacaqlar”.

Qeyd: Mövzu ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Qida Təhlküəsizliyi Agentliyinə də sorğu göndərilib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR