• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Moskva aeroportlarında reyslər təxirə salındı

DÜNYA

08 Avqust 2023 | 12:19 | Müəllif: Qalib İbrahimoğlu

Moskva aeroportlarında reyslər təxirə salındı

Moskvanın üç hava limanında reyslərin kütləvi şəkildə ləğvi və ləngiməsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Vnukovo hava limanında altı təyyarənin uçuşu ləğv olunub, Domodedovo hava limanında 10 reys gecikib, dörd təyyarənin reysi təxirə salınıb.

Eyni zamanda, Şeremetyevo hava limanında da dörd reys təxirə salınıb.

Jukovski hava limanının qrafikində pozuntular barədə məlumat yoxdur.

Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026